(+994 12) 488 07 83
(+994 51) 711 11 11
Evinizin heç bir pəncərəsi gözəl pərdəsiz keçinməz, çünki şübhəsizki interyerdə ötüb keçə bilmədiyimiz- pərdələrdir. 2017-ci ilin pərdə modelləri təbii parçalar və qeyri-adi rəngləri ilə seçilərək, model çeşidləri çox zəngindir. Bu ilin dəbinə uygun modellər seçmək istəyirsinizsə müəyyən amillər varki onlara diqqət yetirməlisiniz. Pərdə materialları arasında liderliyi pambıqdan, kətandan və ipəkdən hazırlanmış materiallar tutur. Əgər pərdənizin daha yüngül və hava keçirmə qabiliyyətinə malik olmasını istəyirsinizsə kətan seçə bilərsiniz. Son zamanlar tək rənqli parçalardan daha çox istifadə olunmaqdadır. Otağınızın bəzəyi olan pərdələrn rəngini seçməkdə çətinlik çəkirsinizsə bu işi interyer dizaynerlərə həvalə edə bilərsiniz.
Rəng seçimlərində mütlək divar kağızlarına nəzər yetirmək lazımdır. Əgər divar kağızı sadə və açıq rəng tonundadırsa o zaman pərdəni daha dolğun rəqli seçmək məsləhət görünür. Düzgün seçilmiş pərdə tonları ilə bütün interyeri göz önünə çəkmək olar. Hal-hazırda daha çox təbiət rəngləri aktualdır. Bunlardan goy, yaşıl, qəhvəyi və boz rənqləri misal gətirmək olar. Və əlavə olaraq qeyd etmək stərdikki dizaynerlərimiz daha çox goy və yaşıl rənglərin birlikdə kombinasiyasına üstünlük verirlər, çünki bu rənglərdən rahatlıqla interyerdə istifadə etmək olar.