(+994 12) 488 07 83
(+994 51) 711 11 11

Haqqımızda

"Zaferoğlu İnşaat"-ın əsas fəaliyyət istiqamətləri təmir, tikinti və dizayndır. Şirkət yarandığı vaxtdan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, layihələri uğurla sona çatdırmış və böyük müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Təmir və dizayn nominasiyası üzrə London, Nyu York və Dubay kimi nəhəng biznes mərkəzlərində beynəlxalq mükafatlara layiq görülən Zaferoğlu İnşaat təkmilləşdirilmiş təmir planı əsasında beynəlxalq keyfiyyət standartlarına cavab vermiş, onlarla ictimai və şəxsi obyektlərin hazırlanmasını həyata keçirmişdir.

İnşaat sektorunda uğur qazanmış "Zaferoğlu İnşaat" indi də özünü pərdə sektorunda təsdiqləyir. “Zaferoğlu Pərdə”nidiqər pərdə mağazalarından fərqləndirən pərdə modellərinin “Zaferoğlu İnşaat”ın dizaynerləri tərəfindən xüsusi model olaraq hazırlanmasıdır. Tüllər və parçalar Türkiyə, İtaliya, Fransa, Almaniya və sair xarici ölkələrdən gətirilir. Sizin zövqünüzə, mənzilin üslubuna, ilin son dəbinə uyğun keyfiyyətli materiallardan hazırlanmış pərdələr mənzilinizi bəzəyəcək.Pərdə Showroomunda siz rahat bir şəkildə həm material, həm də model seçimi edəcəksiniz.